Çilinin şimalında avtobusun yarğana düşməsi nəticəsində azı 15 nəfər ölüb, 21 nəfər yaralanıb.

Avtobus Antofaqasta şəhərindən paytaxt Santyaqoya gedərkən qəzaya uğrayıb.

Taltal şəhəri yaxınlığında dağlıq yolda sürücünün idarəetməni itirməsi bədbəxt sonluğa səbəb olub. Avtobusda, ümumilikdə, 50 nəfər olub.

İstinadlar Report