Çilinin sahillərində növbəti dəfə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumatda bildirilib ki, yeraltı təkanların episentri təqribən 117 min nəfərin yaşadığı Punta Arenas şəhərindən 1 328 km cənub-şərqdə yerləşib. 7 bal gücündə olan yeraltı təkanların ocağı 40 km dərinlikdə olub.

Zəlzələ bölgəsində, Rusiyanın Bellinshauzen stansiyası da daxil olmaqla bir sıra Antarktika tədqiqat stansiyalarının yerləşdiyi Cənubi Şetland adaları var.

İstinadlar Report