Çili prezidenti Sebastyan Pinerin bacısı qarət edilib.

Bu barədə “La Tercerа” nəşri məlumat yayıb.

Bildirilir ki, hadisə kurort şəhəri Vinya-del-Marda baş verib.

Hazırda hadisənin başvermə şəraiti müəyyənləşdirilir. Qarət edilən pulun miqdarı açıqlanmır.

Qeyd edək ki, daha əvvəl Çilinin sabiq prezidentinin BMT-nin insan hüquqları üzrə ali komissarı ola biləcəyi barədə məlumat yayılıb.

İstinadlar Report