“Beynəlxalq ictimaiyyət və BMT Əfqanıstanda qadın hüquqlarının ciddi şəkildə pozulması qarşısında dayana bilməz”.

Bunu Çili Prezidenti Sebastian Pinera BMT Baş Assambleyasının 76-cı sessiyasında deyib.

“Əfqanıstanda qadınlara qarşı təcavüz bütün dünyadakı qadınlara qarşı təcavüzdür. Qadınları qorumaq üçün birlikdə çalışmalıyıq. Onlara hüquq və azadlıqlarını tam olaraq qaytarın”, – Pinera bildirib.

O əlavə edib ki, Əfqanıstanda qadınların hazırkı vəziyyəti bütün insanlığı narahat edir.

İstinadlar Report