İtaliya Azərbaycandan qaz idxalının artırılmasında maraqlıdır.
Bunu İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto Fratin fevralın 3-də Azərbaycanın Prezidenti İlham Əliyevin qəbulunda çıxışı zamanı bildirib.
İtaliyalı nazir qəbula görə təşəkkürünü bildirib və Cənub Qaz Dəhlizi Məşvərət Şurasının nazirlər toplantısı çərçivəsində aparılan müzakirələrin əhəmiyyətini qeyd edib. Nazir ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayıb, Azərbaycanın İtaliyanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynadığını deyib.