Amerikanın Çikaqo şəhərində (İllinoys ştatı) yerləşən O’Hara beynəlxalq hava limanında şəhərə və ətrafına yağan qar səbəbindən 690-dan çox uçuş təxirə salınıb.

Bu barədə hava limanının “Twitter” səhifəsində bildirilib.

Daha əvvəl hava limanının rəhbərliyi uçuşların ləğvinin qar çovğununa görə olduğunu qeyd etmişdi.

Çikaqonun digər hava limanında – “Midvey”də isə əlverişsiz hava şəraiti ilə əlaqədar ləğv edilmiş uçuşların sayı 170-i keçib.

İstinadlar Report