ABŞ-nin İllinoys ştatının Çikaqo şəhərində səkkiz nəfərin güllələnməsi, o cümlədən üçünün ölümü ilə nəticələnən silahlı insident baş verib.

Məlumata görə, hadisə yerli vaxtla bazar ertəsi günorta şəhərin cənub-qərbindəki Çikaqo-Loun rayonunda evdə baş verib. Qeyd olunub ki, ölənlərin hamısı kişidir. Yaralı beş nəfərdən üçü qadındır. Onlardan ikisinin vəziyyəti ağırdır.

Bütün zərərçəkmişlərin yaşı 20-35 aralığındadır.

Olayın səbəbi bəlli deyil. Saxlanılan yoxdur. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışı aparılır.

Müstəntiqlər polisin bu evə ilk gəlişi olmadığına diqqət çəkiblər.

Qonşunun sözlərinə görə, evdə şənlik keçirilirdi, atəşdən öncə ondan çox insan evə girib-çıxırdı.

İstinadlar Report