Çikaqoda bir gündə 100 avtomobil oğurlanıb.

Bu barədə “Usa.one” məlumat yayıb.

Məlumatda bildirilir ki, polis avtomobil oğurluğu ilə əlaqədar bir neçə nəfəri dindirir. Lüks və premium modelli yüzə yaxın avtomobil “Share Now” kirayə xidmətinin parkından oğurlanıb. Oğurlanmış maşınların əksəriyyəti müxtəlif modellərdən olan “Mercedes-Benz”lərdir.

Hadisə ilə əlaqədar xidmətin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Hüquq-mühafizə orqanlarınını əməkdaşları ehtimal edir ki, avtomobillərin heç olmasa yarısı hələ də Çikaqo ərazisindədir. Çikaqo polisinin nümayəndəsi Luis Aqostininin sözlərinə görə, faktla bağlı 10-dan çox şübhəli dindirilir. “CBS Chicago” isə 12 nəfərin saxlanıldığını xəbər verib.

İstinadlar Report