Fərdi kompüterlər üçün qlobal brauzer bazarında “Chrome”un bazar payı 70%-dən aşağı düşüb. 3 milyon saytda veb səhifələrə 15 milyarddan çox baxışı araşdıran “StatCounter” xidmətinin məlumatları buna sübutdur.

2019-cu ilin mart ayının yekununa görə, “Chrome” brauzeri internetə çıxış üçün istifadə edilən masaüstü kompüter və noutbukların 69.2%-də quraşdırılıb. Məlumat üçün bildirək ki, ötən ay sözügedən brauzerin bazar payı 71.58% təşkil edib.

Ən populyar brauzerlərin reytinqində ikinci yerdə 9,58% göstəriciyə malik “Firefox”, üçüncü yerdə isə “Safari” (6,46%) qərarlaşıb.

“Microsoft Edge” brauzerinin bazar payı 4,56% təşkil edir. “Microsoft” şirkəti bu göstəricidən narazıdır və indi yenidən onun üzərində dəyişikliklər etməyə hazırlaşır. “EdgeHTML” arxitekturasının əvəzinə “Chromium”dan istifadəyə dair qərar verilib.

Emil Hüseynov

İstinadlar ict news