Azərbaycan xarici işlər naziri Ceyhun Bayramı Venesuela Bolivar respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Yvan Gillə görüşüb.

Antalya Diplomatik Forumu çərçivəsində baş tutan görüş barədə nazir “X” sosial media hesabında yazıb.

Bildirilib ki, görüş zamanı ikitərəfli əməkdaşlıq gündəliyi nəzərdən keçirilib, həm ikitərəfli, həm də çoxtərəfli formatda əlaqələrin vəziyyəti müzakirə edilib.

İstinadlar Report