Xarici işlər naziri Ceyhun Bayramovun rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Nazirlər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin noyabrın 10-da imzaladıqları bəyanatının müddəalarının icrasını, o cümlədən tərəflərin rusiyalı sülhməramlılar ilə qarşılıqlı əlaqəsini müzakirə ediblər.

“Həmçinin, ikitərəfli əməkdaşlığın aktual mövzuları və beynəlxalq gündəmdəki bəzi məsələlər müzakirə olundu”, – deyə Rusiya XİN-in yaydığı məlumatda bildirilir.