Azərbaycan xarici işləri naziri Ceyhun Bayramovla erməni həmkarı Ararat Mirzoyan arasında ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclası çərçivəsində görüş olmayıb.

Bu barədə Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan bildirib.

Qeyd edək ki, daha əvvəl Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclası çərçivəsində dekabrın 3-də İsveçdə görüşün keçiriləcəyi bildirilirdi.

İstinadlar Qafqazinfo