“Xəzəryanı dövlətlər arasında qarşılıqlı fəaliyyət üçün hüquqi baza yaradılır”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşündə deyib.

“Əminəm ki, budəfəki görüşümüz Xəzərdə əməkdaşlığın səmərəliliyinin artırılmasına töhfə verəcək, dənizyanı dövlət başçılarının region ölkələrinin keçmiş sammitlərində qəbul edilmiş qərarlarının icrası ilə bağlı hərtərəfli fikir mübadiləsi aparmağa imkan verəcək və Xəzər mövzusu çərçivəsində bütün açıq məsələlər üzrə tərəflərin mövqelərini yaxınlaşdıracaq”, – o vurğulayıb.

İstinadlar Report