“Xəzər dənizinin potensialı tezliklə Azərbaycanı “yaşıl” enerji ixracatçısına çevirə bilər”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının Moskvada keçirilən görüşündə deyib.

“Xəzər dənizi zəngin neft və qaz ehtiyatları ilə yanaşı, külək enerjisi potensialına malikdir. Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialı 157 geqavat təşkil edir ki, bu da yaxın gələcəkdə Azərbaycanı “yaşı”l enerji ixracatçısına çevirə biləcək”, – o bildirib.

İstinadlar Report