“Ölkələrimiz arasında mövcud olan tarixi, mədəni, dini bağlar ikitərəfli əməkdaşlıq münasibətlərinin əsasını təşkil edir”.

Bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda işgüzar səfərdə olan İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşdə deyib.

Nazir İranın hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını dəstəklədiyini, xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı İran İslam Respublikasının bütün səviyyələrdə, o cümlədən insanlar tərəfindən nümayiş etdirilən dəstəyinin Azərbaycan xalqı tərəfindən yüksək dəyərləndirildiyi qeyd edib.