Xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə başsağlığı verib.

Nazir bu barədə tviter hesabında yazıb.

“Qardaş Türkiyədə Adanadan Konya istiqamətində tələbələri daşıyan avtobusun qəza törətməsi xəbəri bizi çox kədərləndirdi.

Qəza nəticəsində həyatını itirənlərin ailə üzvlərinə və yaxınlarına başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik”, – XİN rəhbəri qeyd edib.

İstinadlar Qafqazinfo