Türkiyəyə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin aparıcı media agentliklərinə müsahibə verib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazir Ceyhun Bayramov TRT World, habelə Hürriyyət, Anadolu Ajansı, Haber Global və Daily Sabah müxbirlərinin 44 günlük Vətən müharibəsindən sonra post-münaqişə mərhələsində bölgədə sülh və əminamanlığın təmin olunması istiqamətində səylər, Avropa İttifaqının vasitəçiliyi ilə danışıqlar, Ermənistanın Azərbaycana qarşı son təxribatları, Ermənistanın Üçtərəfli Bəyanatları pozması və öhdəliklərini yerinə yetirməməsi, Türkiyə-Ermənistan normallaşma prosesi, Zəngəzur dəhlisi üzrə işlər, Şuşa bəyannaməsindən irəli gələn tədbirlər, habelə Londondakı səfirliyimizə radikal dini qruplaşmaların hücumu barədə sualları cavablandırıb.

İstinadlar Report