Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 3-cü Antalya Diplomatiya Forumu çərçivəsində Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarla görüşüb.

Bu barədə Azərbaycanın XİN başçısı sosial şəbəkədə bildirib.

“Azərbaycan və Ermənistan arasında sülh prosesi ilə bağlı məsələlərdə Azərbaycanın mövqeyini bir daha vurğuladım”, – Azərbaycan diplomatiyasının rəhbəri görüşə dair qeyd edib.

İstinadlar Report