Qazaxıstan Respublikası Baş nazirinin müavini – xarici işlər naziri Murat Nurtileu ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.
Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyindən bildirilib.
Xarici siyasət idarələrinin rəhbərləri ikitərəfli əməkdaşlığın hazırkı vəziyyətini və inkişaf perspektivləri, o cümlədən beynəlxalq və regional səviyyədə qarşılıqlı əməkdaşlığı müzakirə ediblər.