
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin millət vəkili, keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlunun atasının vəfatı ilə bağlı ailəsini ziyarət edib.
Bayramov Çavuşoğlu ailəsinə başsağlığı vermək üçün bu gün Alanyaya gedib.
Siyasətçinin ailəsini ziyarət etmək üçün Türkiyənin mədəniyyət naziri Mehmet Ersoy da daxil olmaqla bir çox rəsmilər, millət vəkilləri və dövlət qulluqçuları gəlib.
Səfərdən sonra Ceyhun Bayramov yerli mediaya açıqlamasında Alanyaya çoxdankı dostu və qardaşı Mövlud Çavuşoğlunun dərdini bölüşmək üçün gəldiyini söyləyib.