Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Eli Kohenlə görüşdə onu bölgədə postmünaqişə dövründə rəsmi Bakının sülh, təhlükəsizlik və əməkdaşlığın qurulması istiqamətində təşəbbüsləri barədə məlumatlandırıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
O, bu səylərə baxmayaraq, Ermənistanın davamlı təxribatlar törətdiyi və prosesə xələl gətirdiyini söyləyib.