Azərbaycanın xarici işlər iaziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində israilli həmkarı Gideon Saar ilə görüşüb.

Bu barədə nazirliyin X hesabında paylaşım edilib.

Nazirlər qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli məsələləri, təhlükəsizlik vəziyyətini və Yaxın Şərqdə mövcud problemləri müzakirə ediblər.