“Azərbaycanla İsrail arasında enerji sahəsində əməkdaşlıq mühüm yer tutur”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Eli Kohen ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Azərbaycan nefti İsrailin istehlak etdiyi neftin təxminən 30%-ni təşkil edir. İsrail Azərbaycandan xeyli miqdarda neft məhsulları ixrac edir”, – o deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan dayanıqlı, bərpa olunan enerjiyə əsaslanan iqtisadiyyata keçid üzərində işləyir:

“Bərpa olunan enerji mənbələri iqtisadiyyatı inkişaf etdirmək səylərimizə əhəmiyyətli təkan verəcək. Bu baxımdan, İsrail ən yaxşı təcrübə və texnologiyalarını Azərbaycana gətirmək üçün böyük potensiala malikdir”.

İstinadlar Report