Bu gün xarici işlər naziri Ceyhun Bayramov ilə Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili arasında telefon danışığı baş tutub.

Bu haqda XİN məlumat yayıb.

Bildirilib ki, Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili 4 avqust tarixində Londondakı Azərbaycan səfirliyinə qarşı baş verən hücumu qınayıb və Azərbaycan ilə həmrəylik ifadə edib.

 Nazir Ceyhun Bayramov dəstəyə görə gürcü həmkarına təşəkkür edib. O, baş verən təxribatın hərtərəfli araşdırılması və cavabdeh şəxslərin qanun qarşısında cavab verməsinin vacibliyini vurğulayıb və bununla bağlı Birləşmiş Krallığın müvafiq qurumları tərəfindən müvafiq işin aparıldığını qeyd edib.

İstinadlar Qafqazinfo