Nazir Ceyhun Bayramov ölkəmizin baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə, dəhşətli helikopter qəzası nəticəsində faciəvi şəkildə dünyalarını dəyişmiş İran İslam Respublikasının mərhum Prezidenti Seyid İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və onları müşayiət edən digər yüksək vəzifəli şəxslərin rəsmi vida mərasimində iştirak edib.
Ağır faciə nəticəsində həlak olan mərhumların cənazələri önünə əklil qoyulub, İran İslam Respublikasının rəsmilərinə başsağlığı verilib.