Xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə baş verən və 10 hərbçinin şəhid olması ilə nəticələnən helikopter qəzası ilə bağlı qardaş ölkəyə başsağlığı verib.

Xarici siyasət idarəsinin rəhbəri bununla bağlı tvitter hesabında paylaşım edib.

“Qardaş Türkiyənin Bingöl ərazisində hərbi helikopterin qəzaya uğraması xəbəri bizi çox kədərləndirdi. Həlak olan 10 şəhidin ailələrinə və yaxınlarına, Türkiyə xalqına başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik.

Başın sağ olsun, qardaş Türkiyə!”, – XİN başçısı vurğulayıb.

İstinadlar Qafqazinfo