Türkiyənin dünya diplomatiyasındakı yeri bütün türk dünyası üçün qürur mənbəyidir.

Bunu Antalya Diplomatiya Forumu çərçivəsindı “Türk Dünyasında İnstitusionallaşma: 21-ci Əsrdə Türk Dövlətləri Təşkilatı” adlı paneldə çıxışı zamanı Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib

O bildirib ki, 2 həftə əvvəl Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri tarixi hadisədir: “Çünki seçkilər ilk dəfə olaraq işğaldan azad edilmiş ərazidə keçirildi. Azərbaycan Prezidenti andiçmə mərasimində TDT-nin ailəmiz olduğunu bildirdi”.