
Azərbaycan və Qazaxıstan bu gün Astanada Xarici İşlər Nazirliklərinin (XİN) nümayəndə heyətlərinin görüşü çərçivəsində gündəlikdəki bir çox aktual məsələləri müzakirə etmək niyyətindədirlər.
Bunu Azərbaycan XİN başçısı Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə geniş tərkibdə danışıqların başlanmasından əvvəl bildirib.
“Bizim hər birimiz üçün Qazaxıstanda olmaq böyük sevinc hissidir. Mən ölkənizə kifayət qədər tez-tez gəlirəm. Bu gün danışıqların gündəliyi kifayət qədər geniş və çox aktualdır”, – C.Bayramov bildirib.
Nazir, həmçinin həmkarlarını və bütün Qazaxıstan xalqını müqəddəs Ramazan ayının başlanması münasibətilə təbrik edib.