Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının ümumi müzakirələrində Ermənistanın sentyabrın 12-də və 13-də törətdiyi təxribatlardan danışıb.

Nazir Ermənistanın açıq şəkildə beynəlxalq ictimaiyyətin diqqətini manipulyasiya etmək üçün gərginliyin daha da artmasına cəhd etdiyini vurğulayıb.

“Ermənistan açıq şəkildə beynəlxalq ictimaiyyətin diqqətini manipulyasiya etmək üçün gərginliyin daha da artmasına cəhd edib. Belə ki, sentyabrın 13-də Ermənistan, razılaşdırılmış atəşkəsə məhəl qoymayaraq Azərbaycan ərazisini yüksək çaplı silah və artilleriyadan atəşə tutmağa davam edib. Nəticədə Azərbaycan tərəfində 80 hərbçi həlak olmuş, 282 hərbçi və 2 mülki şəxs yaralanmışdır.

Ermənistanın bu cür təhlükəli hərəkətlərinə zidd olaraq, Azərbaycan son dərəcə təmkinli davranıb, müvafiq beynəlxalq tərəfdaşlarla təmaslar da daxil olmaqla bir sıra addımlar atıb, atəşkəs rejiminin bərpası üçün xoş niyyət və həqiqi iradə nümayiş etdirib.

İstinadlar Report