
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ lideri Co Baydenlə görüşüb.
Bu haqda Ceyhun Bayramov tviterdə yazıb:
“Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində hörmətli Prezident Co Baydenin təşkil etdiyi rəsmi qəbulda iştirak etməkdən məmnunam”.