Azərbaycanın Cammu və Kəşmir məsələsində mövqeyi dəyişməzdir.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Məhəmməd İshaq Dar ilə görüşün yekununa dair keçirilən birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, keçmiş Ermənistan-Azərbaycan münaqişəsi, 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə Pakistanın Azərbaycana göstərdiyi möhkəm siyasi və mənəvi dəstəyi də Azərbaycan həmişə yüksək qiymətləndirib: