
Azərbaycan Qəzza məsələsinin iki dövlət prinsipi ilə həllinin tərəfdarıdır.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 18-də türkiyəli həmkarı Hakan Fidan ilə Bakıda keçirilən birgə mətbuat konfransında deyib.
“Beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkə arasında yüksək səviyyəli əməkdaşlıq mövcuddur. Xüsusilə Türk Dövlətləri Təşkilatının bu əməkdaşlıqda böyük rolu var. Təşkilatın ötən il iyulun 6-da keçirilən zirvəsində Qarabağ bəyannaməsinin Şuşada imzalanması çox böyük əhəmiyyətə malikdir”, – XİN başçısı əlavə edib.
C.Bayramov regional təhlükəsizlik məsələsinə də toxunub.