Xarici işlər naziri Ceyhun Bayramov Avstriyanın xarici işlər naziri Maykl Linhartla görüşüb.

Bu barədə M. Linhart Tvitterdə paylaşım edib.

“ATƏT XİN Şurasının iclası çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovla görüşmək və Avstriya-Azərbaycan arasında iqtisadi əlaqələri, həmçinin, Azərbaycan və Ermənistan arasında gərginliyin azaldılmasında ATƏT-in rolunu müzakirə etmək üçün çox yaxşı bir fürsətim oldu. Avstriya etimadın yaradılmasına yönəlmiş bütün səyləri dəstəkləməyə hazırdır”, – Linhart bildirib.

İstinadlar Qafqazinfo