Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə keçirilən birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, Baş katiblə bir neçə istiqamət üzrə faydalı müzakirələr aparılıb:
“Görüşdə Azərbaycanla ATƏT arasındakı mövcud vəziyyət və əməkdaşlıq istiqamətləri, regional çağırışlar, postmünaqişə normallaşmasına aid mövzular, Azərbaycanda həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumatlar təqdim olundu. ATƏT zonasında sülh və sabitliyə olan təhdidlər, ayrı-seçkilik kimi bir sıra məsələlər müzakirə predmeti olub”.
XİN başçısı qeyd edib ki, həmçinin qərarların qəbul olunmasında konsensusa əsaslanan ATƏT kimi bir təşkilatın yeniliklərə uyğunlaşdırılması müzakirə mövzusu olub.