Antalya Diplomatiya Forumuna hər il marağın daha da artmasına şahidi olmaq sevindirici haldır.
“Report”un Türkiyə bürosunun verdiyi xəbərə görə, bunu IV Antalya Diplomatik Forumunun (ADF) 2-ci günündə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mətbuata açıqlamasında deyib.
Nazir deyib ki, o, hər il bu foruma qatılıb: “Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti bu il dördüncü dəfə Antalya Diplomatiya Forumunda iştirak edib. Heyətimiz bu forumda hər il iştirak edir, şəxsən mən bütün forumlara qatılmışam”.