Rusiyanın imperiya ambisiyaları sərhəd tanımır. Bu səbəbdən Ukraynaya yardım etməyi davam etdirmək və Rusiyaya təzyiqi artırmaq lazımdır.

Bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski söyləyib.

O hesab edir ki, Rusiyanın imperiya ambisiyalarının həddi-hüdudu yoxdur. XİN başçısının sözlərinə görə, Rusiya belə bir imkanı olsaydı, keçmiş Şərq Blokunun digər ölkələrinə hücum etməkdən çəkinməzdi.

“Ukraynanın məğlubiyyəti qaliblərə yeni resurslar gətirəcək və Mərkəzi ilə Şərqi Avropada növbəti “xüsusi hərbi əməliyyatlar” üçün qapı açacaq”, – diplomat bildirib.

Lipavski vurğulayıb ki, Rusiyanın imperiya ambisiyalarının həddini bildirmək lazımdır.

İstinadlar Report