Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çexiyaya səfəri çərçivəsində bu ölkənin XİN rəhbəri Yan Lipavski ilə görüşündə enerji sahəsində iki ölkə arasındakı mövcud əməkdaşlığa yaşıl və bərpa olunan enerji istiqamətlərinin əlavə edilməsi məsələlərini müzakirə edib.

Nazirlər Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa-quruculuq layihələrində çex sərmayəçilərin iştirakı ətrafında fikir mübadiləsi aparıblar.

İstinadlar Report