Çexiyanın səhiyyə naziri Adam Voytex ölkədə koronavirusa yoluxanların sayının artması fonunda istefaya getdiyini açıqlayıb.

“Ciddi düşündükdən sonra səhiyyə naziri vəzifəsindən istefaya getmək barədə qərar qəbul etdim”, – o, jurnalistlərə deyib.

Nazir bununla koronavirusun yayılmasının qarşısının alınmasına dair yeni həll yolları tapılması istədiyini söyləyib. A.Voytex vurğulayıb ki, qərarı barədə artıq baş nazir Andrey Babişə məlumat verib.

İstinadlar Report