Çexiyanın anbarları 80%-dən çox qazla doldurulub, hakimiyyət qarşıdan gələn payız-qış mövsümündə respublika sakinlərini istiliklə təmin edəcək.

Bu barədə ölənin Baş naziri Petr Fiala mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hökumət enerji qiymətlərinin artmasına baxmayaraq, qarşıdan gələn qış üçün vətəndaşların istilik və elektrik enerjisi ilə təmin olunması üçün lazım olan hər şeyi edəcək.

Baş nazir bildirib ki, əgər kommunal xərclər Praqada yaşayan bir ailənin aylıq gəlirinin 35 faizini, regionlarda yaşayanların 30 faizini ötərsə, hökumət artıq kommunal xərcləri kompensasiya edəcək.

Eyni qayda mənzillərdə və ya kotteclərdə tək yaşayan insanlara da aiddir.

İstinadlar Report