
Çexiyanın keçmiş prezidenti Vatslav Klaus yeni növ koronavirus infeksiyasına yoluxub.
Bunu Vatslav Klausun köməkçisi Peter Maçinka jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, eks-prezidentin koronavirus testi müsbət çıxıb, onun ev şəraitində müşahidəsi və müalicəsi aparılacaq .