
Çexiya öz təşəbbüsü çərçivəsində 2024-cü ilin sonuna qədər Ukraynaya təxminən 500 min sursat tədarük edəcək.
Bunu Çexiyanın Baş naziri Petr Fiala deyib.
“İlin sonuna qədər tədarüklər proqnozlaşdırılan sürətlə davam edəcək, Ukrayna ordusuna təxminən 500 min ədəd 155 mm-lik sursat tədarük ediləcək”, – o bildirib.