
Çexiyanın şərqindəki Pardubitse bölgəsindəki Ceska Trebova şəhəri yaxınlığında iki yük qatarı toqquşub, bir nəfər xəsarət alıb.
Bu barədə Pardubiçe vilayətinin yanğınsöndürmə və xilasetmə xidməti öz saytında məlumat yayıb.
Toqquşma nəticəsində altı yük vaqonu relsdən çıxıb.
Dəymiş zərər azı 150 milyon kron (təxminən 7 milyon dollar) qiymətləndirilir.