Çexiyanın cənubundakı Pisek şəhəri yaxınlığında idman təyyarəsi qəzaya uğrayıb.

Bu barədə xilasedicilərin və yanğınsöndürənlərin birləşmiş xidmətinin nümayəndəsi Zuzana Faytova bildirib.

Qeyd edilir ki, hadisə zamanı təyyarədə iki nəfər olub, onlardan biri həlak olub.

“Pisek şəhərinin Ysskovise kəndində idman təyyarəsi qəzaya uğrayıb. Hadisə zamanı təyyarədə olan iki nəfərdən biri həlak olub. Digər yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb”, – o qeyd edib.

İstinadlar Report