Çexiyanın şərqində təyyarə qəzaya uğrayıb.

Bu barədə TASS məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Qavliçkuv-Brod şəhəri yaxınlığında baş verib. Yüngül idman təyyarəsinin qəzaya uğraması nəticəsində pilot ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Qəzaya səbəb təyyarənin yüksək gərginlikli elektrik xəttinə toxunması olub. Bununla belə, qəzanın əsl səbəbini araşdırmaq ekspert komissiyasına həvalə olunub. Hadisənin baş verməsinə ilkin səbəb kimi pilotun səhvi də göstərilir. Bildirilir ki, o, təyyarəni yerdən çox alçaq məsafədə idarə edib və elektrik xəttini görməyib.

İstinadlar Report