Ötən həftə Çexiyada rekord sayda (1 494) göy öskürək xəstəliyinə yoluxma halı qeydə alınıb.

Bunu Çexiya Səhiyyə İnstitutunun saytında dərc olunan statistik məlumatlar göstərir.

Statistika göstərir ki, ölkədə son 65 ildəki ən dəhşətli göy öskürək epidemiyası güclənir. Keçən həftə həkimlər tərəfindən müəyyən edilən xəstələrin sayı bütün 2023-cü ildəki yoluxma hallarının sayından iki dəfə çoxdur.

Çexiyada bu ilin yanvar ayından bəri 7 888 göy öskürəyə yoluxma faktı təsdiqlənib. Sonuncu dəfə ölkədə bu xəstəliklə bağlı belə həyəcanverici vəziyyət 1959-cu ildə müşahidə olunub, o zaman 18 978 sakin xəstəliyə yoluxmuşdu.

İstinadlar Report