
Çexiyada keçirilən prezident seçkilərinin ikinci turunda seçki məntəqələrinin 5,88%-nin səslərinin hesablanmasından sonra NATO Hərbi Komitəsinin istefada olan generalı Pyotr Pavel 53%-lə liderlik edir.
Bu barədə Çexiya Statistika İdarəsi məlumat yayıb.
Onun rəqibi, Çexiyanın keçmiş baş naziri Andrey Babiş seçicilərin 46,98%-nin səsini qazanıb. Seçkinin qalibi bu axşam məlum olacaq.