Çexiyada hərbi poliqonda baş verən partlayış nəticəsində doqquz hərbçi yaralanıb.

Bu barədə “lidovky. cz” internet portalı məlumat yayıb.

Bildirilib ki, ölkənin şərqindəki Libau hərbi poliqonunda döyüş sursatı partlayıb.

Qeyd olunub ki, hadisə ilə bağlı hərbi polis tərəfindən araşdırma aparılır.

İstinadlar Report