
Çexiyanın Rudolfov şəhərində müəllim ona silah tuşlamış şagirdin hücumunun qarşısını ala bilib.
Bu barədə “Ceske noviny” nəşri məlumat yayıb.
Hadisə bazar ertəsi, yanvarın 20-də Çexiyanın cənubundakı Rudolfova adına orta məktəbdə baş verib. Cənubi Çexiya vilayətinin başçısı Martin Kubanın sözlərinə görə, hücum edən şəxsdə tapançadan əlavə bıçaq və kiçik balta da tapılıb.
Müəllim hədə-qorxuya cəld reaksiya verib və şagirdin atəş açmasına mane olaraq, onu zərərsizləşdirib. Hadisə iştirakçılarından heç biri xəsarət almayıb. Kuba qeyd edib ki, şagird əvvəlcə sinifi tərk edib, lakin tezliklə silahla geri dönüb, atəş açmaq niyyətində olub.