Çexiyada jurnalist peyvəndlər barədə saxta məlumatlar dərc etdiyinə görə cərimələnib.

Bu barədə Çex Radiosu məlumat yayıb.

Praqa Şəhər Məhkəməsi yerli jurnalist Jana Peterkovanın koronavirus peyvəndləri ilə bağlı saxta məlumatlar yaymaqda təqsirli bilərək 250 min kron (təxminən 10 200 avro) cəriməyə məhkum edib.

Çexiyada bu, peyvəndlərin mənfi nəticələri barədə dezinformasiyanın yayılması ilə bağlı ilk cəza tədbiridir.

İstinadlar Report