Çexiyanın paytaxtında Ali Məhkəmənin hakimi və daha dörd nəfər polis tərəfindən saxlanılıb.

Bu barədə ölkənin baş prokuroru Lenka Bradaçova bildirib.

Saxlanılanların adları açıqlanmır. Qeyd edilir ki, onlardan biri Praqada Ali Məhkəmənin hakimi, digəri vəkildir.

“Onların hamısı rüşvət almaqda, vəzifə səlahiyyətlərindən sui-istifadədə və qanunsuz fəaliyyətdən əldə olunan gəlirlərin leqallaşdırılmasında ittiham edilirlər”, – baş prokuror deyib.

Onun sözlərinə görə, saxlanılanların hamısını 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Öz növbəsində Çex radiosu bildirib ki, saxlanılan hakim Zdenek Sovakdır. Sovak avtomobili sərxoş vəziyyətdə idarə edərək qəza şəraiti yaratdığına və plagiatlığa görə iki dəfə vəzifəsinin icrasından müvəqqəti kənarlaşdırılıb.

İstinadlar Report